Dərc edilib: 28-07-2017

https://www.nuh.az/11725-.html

Onu çəkən müxbiri maşınla vurdu

28.07.2017 11:38:25

Maqazin

Kanadalı ulduz Castin Biber onu çəkən müxbiri maşınla vurub. 

“Qafqazinfo” xəbər verir ki, müğənni Kaliforniyada kilsədən çıxarkən media nümayəndələri tərəfindən görüntülənib. 

Biber məkandan ayrılmaq üçün avtomobilini işə salıb.  Gənc ifaçı səhvən onu çəkən müxbiri əzib. Qəza anı başqa bir foto-müxbir tərəfindən lentə alınıb. Castin təcili olaraq xəstəxanaya məlumat verib. 

Səhiyyə nümayəndələri gələnədək yaralanın yanında olub. O, həmçinin polis əməkdaşlarına da ifadə verib. 

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib