Dərc edilib: 06-09-2017

https://www.nuh.az/12076-.html

"Mətanət A"-ya məxsus avtomobil Bakıda qəza törətdi- FOTOLAR

06.09.2017 13:25:25

Reportaj

Zabrat yolunda "Mətanət A" şirkətinə məxsus yük maşınının iştirakı ilə qəza baş verib.

AFN-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, xoşbəxtlikdən hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Lakin avtomobillərə zərər dəyib. Qəzaya səbəb 90 JS 731 nömrə-nişanlı "Hyundai" markalı yük avtomobilinin yüksək sürətlə hərəkət edərək işıqforda qırmızı işığın tələbinə məhəl qoymaması olub. Şahidlər bildiriblər ki, qəzada zərər görən "Mercedes S klass" gəlin avtomobilinin sürücüsü cəhd göstərsə də, hadisədən qaça bilməyib. Hadisə dayanacaqda insanların marşrut gözlədiyi vaxtda baş verib. Qəza zamanı Sabunçu qəsəbəsininin böyük bir hissəsini mavi yanacaqla təmin edən qaz borusu da sınıb. Hadisə yerindən eksklüziv fotoları təqdim edirik:

"Mətanət A"-ya məxsus avtomobil Bakıda qəza törətdi-

NUH informasiya agentliyi səhifəsindən çap edilib