Dərc edilib: 16-09-2017

http://www.nuh.az/12204-.html

Cabir Abdullayev işdən çıxarılması ilə bağlı açıqlama verdi

16.09.2017 15:36:01

Maqazin

Xəbər verdiyimiz kimi Milli Konservatoriyada ixtisarlar başlayıb.

Məlumata görə, ötən gün keçirilən iclasda üç nəfər xanəndə-pedaqoq işdən azad edilib. Həmin müəllimlər sırasında tanınmış xanəndə, əməkdar artist Cabir Abdullayevin də adının olduğu bildirilib. Məlumatda həmçinin qeyd olunur ki, buna səbəb kimi tələbələrin onu bəyənməməsi, Mənsum İbrahimov və Təyyar Bayramovun sinfində dərs almaq istəmələri göstərilib.

Məsələ ilə əlaqədar Cabir Abdullayevlə əlaqə saxladıq. Sənətçi "Qaynarinfo"ya açıqlamasında bu barədə hələlik dəqiq bir məlumat olmadığını bildirib:

"Bu barədə dəqiq bir məlumat yoxdur. Əgər belə bir şey olsa mətbuata mütləq açıqlama verəcəyəm. Siyavuş müəllim peşəkar musiqiçidir. Kimin necə bir sənətçi olduğunu yaxşı bilir və hamını da yaxşı tanıyır. Gənclərə hər yerdə yer vermək lazımdır, biz də əlimizdən gəldiyi qədər buna çalışırıq. Amma dediyim kimi bununla bağlı dəqiq bir şey yoxdur".

Qeyd edək ki, xəbəri Ölkə.az saytı yayıb.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib