Dərc edilib: 21-09-2017

https://www.nuh.az/12322-.html

MTRŞ: «ANS açılmayacaq»

21.09.2017 18:18:05

LIVE

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.

MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov azvision.az-a bildirib ki, ANS TV-nin açılması mümkün deyil.

"Bu barədə Ali Məhkəminin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb" - T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib.

MTRŞ rəsmisi, həmçinin əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir.

Qeyd edək ki, Vahid Mustafayev müsahibəsində ANS-in yenidən açılacağını bildirmişdi.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib