Dərc edilib: 22-09-2017

https://www.nuh.az/12329-.html

Azərbaycanda Məhərrəmlik başladı

22.09.2017 10:31:41

LIVE

Bu gündən Məhərrəm ayı başlayıb.


Virtualaz.org-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir.

Aşura günü oktyabrın 1-nə düşür. Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.

Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Fətvada o da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib