Dərc edilib: 22-09-2017

https://www.nuh.az/12335-.html

“Ştutqart”a qara yaxan şəxs üzr istədi - FOTO

22.09.2017 15:04:46

Cəmiyyət

Bütün insanlar biri-birinə oxşasaydı, fikirləri, dünyaya baxışları, xasiyyətləri eyni olsaydı, bəlkə də dünyamız yetnəsək olardı. Sanki monoton həyat sürmüş olardıq. Yaxşı ki, beş barmağın hamısı eyni boyda olmadığı kimi insanlar da fərqli xüsusiyyətlərə, ayrı-ayrı şəxsi keyfiyyətlərə malikdirlər. Onların arasında halal zəhməti ilə çörək qazananı da var, çörək verənin üzünə ağ olanı da.

 

Bəli, bu yazıda məhz vurğuladığımız məsələyə toxunacağıq. O məsələyə ki, uzun illər “Ştutqart” mağazalar şəbəkəsinin çörəyini yedi, suyunu içdi, amma evinə bir tikə çörək apardığı şirkətə badalaq gəlməyə çalışdı. Söhbət “Ştutqart” mağazalar şəbəkəsində uzun illər çalışan, etibar qazandığı halda bu şirkətin etimadından sui-istifadə edən Fərhad Rəfiyev adlı şəxsdən gedir. Qohum-əqrabasını da başına toplayan bu şəxs şirkət daxilində kök saldıqdan sonra başqa maraqlara düşüb. O maraqlara ki, bu yolla şəhərin mərkəzində ev aldı, ən bahalı avtomobillərə sahib oldu. Amma bu qədər pulu necə qazanırdı, soruşan olmurdu. Ta, o günə kimi ki, etdiyi əməllərin üstü açıldı. Bununla da şirkətdən uzaqlaşdırıldı. Amma o, bu addımla barışmaq, işdən çıxarıldığı halda belə sakit dayanmaq əvəzinə, mətbuata üz tutaraq haray-həşir salmağa başladı.

 

Elə bildi ki, möhkəm qışqıranda onun səsini hamı eşidəcək. Amma bilmirdi ki, ondan daha da gursəsli insanlar var. Çünki haqq hər zaman qalib gəlir. Bəzən insanlar elə bilir ki, haqsız olduqları halda belə İmadəddin Nəsimi demişkən “haqq mənəm, haqq məndədir” deyərək, aləmə səs sala biləcəklər. Amma belə cılız insanlar bir addım önü görmədiklərindən, bəzən kölgələrindən də qorxurlar. Düzdür, qorxaqlıq insan xüsusiyyətinə aid bir hissdir. Amma gərək insan qorxaq olduğu halda belə, ikiüzlü olmasın, bu gün bir söz, sabah isə başqa fikir səsləndirməsin. Bir sözlə verdiyi sözü tutsun, bir amala, məqsədə qulluq etsin. Bu günə kimi “Ştutqart” mağazalar şəbəkəsinin imicinə xələl gətirməyə çalışan, “qoymayın məni öldürdülər” kimi bəsit fikirlər səsləndirən Fərhad Rəfiyev görünür səhfini gec də olsa başa düşüb.

 

Ona görə ki, bu günlərdə Fərhad Rəfiyev öz facebook səhifəsində bir status paylaşıb. Sitat:“Uzun illər çalışdığım “Ştutqart” Mağazalar Şəbəkəsinin rəhbərliyindən aramızda yaşanan insidentlə bağlı üzr istəyirəm. Həmin şirkətin rəhbərliyinə və bütün işçilərinə can sağlığı və biznes fəaliyyətlərində uğurlar arzulayıram” Sitatın sonu. Bir zamanlar “Ştutqart”a qarşı müxtəlif iddilarda çıxış edən Fərhad Rəfiyevin bu statusu tez bir zamanda çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılanıb. Hətta onu ciddi şəkildə qınayanlar da olub. Statusa yazılan şərhləri həzm edə bilməyən Fərhad Rəfiyev tələm-tələsik həmin statusu silməklə kifayətlənib. Görəsən, nə baş verib? Görünür, bu şəxs gec də olsa səhfini başa düşüb və üzr istəməklə uzun illər yediyi çörəyə xatir peşmanlıq hissi keçirir. Amma ataların bir misalı var: “Daldan atılan daş topuğa dəyər”. Hətta atalarımız deyib ki, “dalaşanda barışmağa üz saxla”. Amma bu şəxs bütün körpüləri yandırdı. Ona edilən etimaddan sui-istifadə etməsi ona baha başa gəldi. Bundan sonrakı həyatında yəqin ki, bir daha belə səhvlərə yol verməz.

 

  NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib