Dərc edilib: 22-09-2017

https://www.nuh.az/12342-.html

"Azercell"in təsisçisi Gülnarə Kərimovaya görə cərimələndi

22.09.2017 17:40:26

LIVE

İsveç telekommunikasiya şirkəti “Telia” (Azərbaycan mobil operatoru Azercell-in təsisçisi) Özbəkistanda biznes qurmaq üçün rüşvət verdiyinə görə külli miqdarda cərimə ödəyəcək.

Virtualaz.org xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bu qərar ABŞ-da ona qarşı aparılmış araşdırmalarla əlaqədar qəbul edilib.

Ödəmələrin ümumi məbləği 965 milyon dollar təşkil edir. Ödənişlər ABŞ Ədliyyə Nazirliyinə, qiymətli kağızlar və birjalar üzrə Amerika komissiyasına (qanunsuz sövdələşmələrdən əldə olunan gəlir kimi), eləcə də İsveç və Niderlanddakı korrupsiya faktlarını araşdıran ölkələrin prokurorluqlarına gedəcək.

Sentyabrın 21-də “Coscom” şirkəti (“Telia”nın Özbəkistan bölməsi) öz günahını etiraf edib. Şirkət cərimə sanksiyalarını yerinə yetirməyə razılaşıb və ABŞ hakimiyyəti ilə saziş bağlayıb.

Razılaşmanı Nyu-York məhkəməsi təsdiq edib.

Xatırladaq ki, “Telia” şirkəti Özbəkistana 2007-ci ildə gəlib və orada yerli operator olan “Coscom”u alıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib