Dərc edilib: 23-09-2017

https://www.nuh.az/12348-.html

Efirdə dava düşdü: Elgiz verilişdən uzaqlaşdırıldı

23.09.2017 00:16:31

Maqazin

Bu gün ARB telekanalında yayımlanan “Səhər səhər” verilişində qalmaqal yaşanıb.


 Yenicag.az   xəbər verir ki, aparıcı Elgiz Əkbərlə verilişə qonaq qismində çağırılan Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının koordinatoru Vasif Akifli arasında ciddi şəkildə mübahisə yaranıb. Söz davası zamanı Elgiz qarşı tərəfin ünvanına xoşagəlməz ifadə işlədib. Vasif Akifli aparıcının cavabını verib və studiyanı tərk edib.

Əldə etdiyimiz məlumata görə, çəkiliş yarımçıq qalıb. Verilişdən sonra iclas keçirilib və ARB kanalının rəhbərliyi Elgiz Əkbəri “Səhər səhər” verilişinin aparıcılığından uzaqlaşdırıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Vasif Akifli xəbəri təsdiqlədi. O, mübahisə yarandığı üçün verilişi tərk etdiyini bildirib. Həmin proqramın isə efirə gedib-getməyəcəyini bilmədiyini qeyd edib.

 

  NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib