Dərc edilib: 23-09-2017

https://www.nuh.az/12351-.html

Azərbaycana payız gəldi

23.09.2017 09:57:43

Hadisə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından "Ölkə.Az"a verilən məlumata görə, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də qeydə alınıb.
 
Bununla da yay fəsli baş çatıb və ölkə ərazisinə payız fəsli daxil olub.
 
Qış fəsli isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək.
 
Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:28-də, yay fəslinin gəlişi isə iyunun 21-i Bakı vaxtilə saat 08:24-də qeydə alınıb.

 

 

   NUH.az

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib