Dərc edilib: 23-09-2017

https://www.nuh.az/12353-.html

Tofiq Heydərovdan həbs xəbərinə reaksiya

23.09.2017 11:11:29

Maraqlı

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri Tofiq Heydərov özü ilə bağlı dünən yayılan məlumatlara reaksiya verilib.

Onun həbs edilməsi və şirkətdə yoxlamaların başladılması xəbəri mətuat katibi tərəfindən təkzib edilmişdi. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, T.Heydərov feysbukda bu məsələyə fərqli tərzdə cavab verib. O, “Azərbaycan mətbuatı Nəsimi filminə bənzəyir. Görəsən, bu neçənci Tofiq Heydərovdu həbs edirlər” deyə rəy yazıb.

Qeyd edək ki, Tofiq Heydərovun həbs olunması ilə bağlı xəbəri ölke.az saytı yaymışdı.

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib