Dərc edilib: 23-09-2017

https://www.nuh.az/12354-.html

Tibbdə inqilab: HİV virusunun müalicəsi tapıldı

23.09.2017 11:20:51

Dünya

ABŞ-da hazırlanan yeni preparat HİV virusuna əlac ola bilər.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutu və Sanofi dərman firmasının ortaq layihəsi nəticəsində hazırlanan və antikor adlanan maddə HİV virusunun 99%-ni məhv edir. Antikor immuniteti qoruyan və xarici təhlükələrə qarşı müdafiə edən molekulyar quruluşdur.

Alimlər 24 meymun üzərində təcrübə keçirib və HİV virusu inyeksiya edilən bu canlılara daha sonra yeni antikor vurub. Testin nəticəsində isə meymunların HİV virusu daşıyıcısı olmadığı məlum olub.

Qeyd edək ki, yeni maddə 2018-ci ildə insanlar üzərində də sınaqdan keçiriləcək.

 

 NUH.az  

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib