Dərc edilib: 23-09-2017

https://www.nuh.az/12361-.html

"Holokost"u inkar edənə maraqlı cəza

23.09.2017 15:33:37

LIVE

Brüssel Apelyasiya məhkəməsi yəhudi soyqırımı barədə yazdıqlarına görə pul və həbs cəzasına məruz qalan keçmiş deputat Laurent Luiz barədə qərarını dəyişib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 20 min dollar və 6 ay həbs cəzasına məruz qalan Luizin cəzası "Holokost" abidəsini ziyarətlə əvəzlənib. Laurent Luiz "Auschwitz-Birkenau" adlı düşərgəni 5 il müddətində, ildə bir dəfə olmaqla ziyarət etməli və bunu qələmə almalıdır.

Qeyd edək ki, Avropanın bəzi ölkələrində yəhudi soyqırımını inkar etmək və faşist ideologiyasına dəstək vermək cinayət hesab edilir. Laurent Luiz öldürülən yəhudi sayı ilə bağlı 2015-ci ildə bəzi fikirlər səsləndirmişdi. Lakin o sonradan buna görə üzr istədi.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib