Dərc edilib: 23-09-2017

https://www.nuh.az/12367-.html

Keçmiş SSRİ-ni qorxuda saxlayan «generallar»: Azərbaycanlı «oğru»lar 5-cidir...

23.09.2017 23:29:08

Kriminal

Hazırda keçmiş SSRİ məkanında 433 “qanuni oğru” var ki, onların da 137 nəfəri azadlıqda, 17 nəfəri isə axtarışdadır. 

 

 cebhe.info  xəbər verir ki, həbsdə 116, istintaq altında isə 31 nəfər var. 

Milli tərkibinə görə “oğrular” arasında gürcülər çoxluq təşkil edir - 243 nəfər. İkinci yerdə ruslar (52), üçüncü yerdə ermənilər (28 nəfər) dayanır. Yezidilər 26 nəfər olmaqla sonrakı yeri tuturlar. Azərbaycanlı “oğru”ların sayı isə 17 nəfər təşkil edir. “Kriminal general”lar arasında 8 çeçen, 9 abxaz, 1 talış, 1 alman, 5 yunan, 4 tatar da var. Yaş qrupuna görə “oğrular” belə bölünüb:

1. 21-35 yaşlı- 37 nəfər

2. 36-49 yaş-206 nəfər

3. 50-64 yaş- 146 nəfər

4. 65-dən yuxarı- 33 nəfər.

65 yaşdan yuxarı “oğru”lar arasında azərbaycanlılar yoxdur. 21-35 yaşlı “oğrular” arasında 3 azərbaycanlı var: Cavid Məmmədov, Zaur Şipilov və Taleh Dağlıyev. Digər azərbaycanlı “oğrular” isə 2 və 3-cü yaş kateqoriyasına aiddir.

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib