Dərc edilib: 25-09-2017

https://www.nuh.az/12388-.html

Corc Soros: İngiltərə Bankını çökdürən iş adamı

25.09.2017 13:28:05

Dünya

12 Avqust 1930-cu il tarixində Macarıstanda doğulan Corc Soros Yəhudi əsilli bir ailənin oğludur. Atası Tivadar Schwartz Birinci Dünya müharibəsi zamanı Rusiya düşərgələrindən qaçaraq soyadını Soros kimi dəyişdirib. 

Corc Soros uşaqlıq illərini müharibənin içində keçirib hətta bəzən ölümlə üz-üzə qalıb. Ailəsi ilə birlikdə çox çətin və təhlükəli günlər yaşayıb. Atası Tivadar bütün ailə üzvlərinə saxta şəxsiyyət çıxardaraq həyatda qalmaqlarını təmin edib. Almaniyanın Macarıstanı işğal etdiyi vaxt Corcun cəmi 13 yaşı var idi.

Corc Sorosun təhsili

Macar yəhudisi olan Sorosun uşaqlıq illəri Almaniyanın onların ölkəsini işğal etdiyi dövrə təsadüf edir. Həmin vaxt çox çətinliklərlə üzləşən Corc Soros hazırda dünyanın ən varlı insanlarından biridir.

İbtidai təhsilini Macarıstanda alan Soros 1944-cü ildə İngiltərəyə köçür. 1947-ci ildə Oksford universitetinə daxil olur. Təhsil aldığı illərdə dolanışığını təmin etmək üçün fəhləlik etdiyi vaxt ayağını qırır və müalicə üçün dövlət xəstəxanasına aparılır. Xəstəxanada yatdığı günlər ərzində dövlətin köməyə ehtiyacı olanlara yardım etməsinin əhəmiyyətini şəxsən yaşayaraq öyrənir.

Soros tələbəlik illərində iqtisadiyyat müəllimi Karl Popperin təcrübə və təkliflərindən dərs almağı bacarır.

Corc Sorosun iş həyatı

1952-ci ildə universitetdən məzun olan Corc Soros 1956-ci ildə New Yorka köçür. Universitetdə makro iqtisadiyyat dərslərində Soros ilk əvvəl səhmləri və valyutaları ucuz olan yerlərdən alıb eyni vaxtda daha bahalı olan yerlərdə sataraq pul qazanır. İcra etdiyi bu strategiya sayəsində həm qısa müddət içində yaxşı bir qazanc təmin edir həm də maliyyə dünyasına sürətlə daxil olur.

1961-ci ildə Amerikan vətəndaşı olduqdan sonra birjada işləməyə başlayır. Atasından öyrəndiyi uzaqgörənlik qabiliyyəti sayəsində investisiyalar mövzusunda müştərilərinə doğru məsləhətlər verir və bu sayədə həm qazanır həm də qazandırırdı. Valyuta dəyişmək mövzusunda da olduqca müvəffəqiyyətli olan Soros sürətlə böyük bir sərvətin sahibi olur.

1970-ci ildə Jim Rogers ilə birlikdə Quantum İnvestisiya Fondunu quran Soros bununla sərvətinə sərvət qatmağı bacarır. Quantum Fondu qısa bir müddət içində çox ciddi gəlirə imza atır. Fonda qurulduğu il 10.000 dollar investisiya yatırılır və 2000-ci ildə bu rəqəm 4 milyard dollara çatır.

16 Sentyabr 1992-ci ildə “Qara Çərşənbə” kimi bilinən iqtisadi böhranda İngilis funtunun enişdə olduğu bir gün 10 milyard dollarlıq valyuta fərziyyəsi ilə bir gündə 1,1 milyard dollar qazanır. Elə bu hadisə onun bütün dünyada tanınmasına səbəb olur. Bu hadisədən sonra Sorosa “İngilis bankalarını dağıdan adam” ləqəbi verilir.

Adını valyuta fərziyyələri ilə dünyaya tanıtdıran Soros haqqında “qan əmici Dracula” Malayziyalı bir dövlət başçısı isə “quldur” bənzətməsini edib. Çinlilər isə Sorosa timsah ləqəbi veriblər.

O, həm də xeyriyyəçi kimi tanınır. Corc Soros sonuncu dəfə Ukraynaya etdiyi 1 milyard dollarlıq sərmayə ilə gündəmə gəlib.

 

Corc Sorosun ailə həyatı

 

Üç dəfə evlilik edən Corc Soros ilk həyat yoldaşı Annaliese Witschak ilə 1960-ci ildə evlənib 1983-ci ildə boşanıb. Cütlüyün bu evlilikdən Robert Daniel Soros, Andrea Soros və Jonathan Tivadar Soros adında üç uşağı dünyaya gəlib.

İlk həyat yoldaşından ayrılan Corc Soros ikinci evliliyini Susan Weber ilə edir. Bu evlilikdən isə Aleksandr Soros və Gregory James Soros adında iki uşağı olur. Ancaq bu evlilik də 2005-ci ildə sona çatır.

Yaşı çox olmasına baxmayaraq 82 yaşında bir daha evlənir. Evliliyi böyük səs-səda yaradır. Bu evliliyin mediada böyük əks-səda qaldırmasının əsas səbəbi həyat yoldaşı Tamiko Boltonun özündən 41 yaş kiçik olması idi. Yüzlərlə adamın dəvət edildiyi toy mərasimində dəvətnamələrin üzərində “Hədiyyə gətirməyin! Onun əvəzinə xeyriyyə cəmiyyətlərinə yardım edin” yazılmışdı.

Hazırda Corc Sorosun 25 milyard dollar sərvəti var.

 

Mənbə: bizplus.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib