Dərc edilib: 26-09-2017

https://www.nuh.az/12422-.html

ATV-nin vitse prezidenti həbs olunub? - DİN - Belə bir məlumatım yoxdur

26.09.2017 15:41:03

Hadisə

Bu gün ATV prezidenti Vüqar Qaradağlı  vəzifədən uzaqlaşdırılıb. NUH.az-a daxil olan məlumata görə, Vüqar Qaradağlının qaynı, ATV-nin vitse-prezidenti Rauf Dadaşov saxlanılıb. 

 

 Ehtimala görə, R.Dadaşov ATV-nin reklam gəlirlərinin gizlədilməsi, vergidən yayınma səbəbindən dindiriləcək. Məlumata görə, ATV-nin əməkdaşları hər ay əmək haqlarından 100 manat tutulduğu üçün Rauf Dadaşov barəsində şikayət ediblər. Mənbənin məlumatıına görə, ATV prezidentinin də həbsi gözlənilir.

 

Qarşı tərəfin mövqeyni  dərc etməyə hazırıq. 

 

***

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkivniki Ehsan Zahidov Modern.az-a məlumatı təsdiqləməyib: “Belə bir məlumatım yoxdur"

 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib