Dərc edilib: 26-09-2017

https://www.nuh.az/12423-.html

ATV Kəmaləddin Heydərovun nəzarətindən çıxdı

26.09.2017 17:04:53

Hadisə

Bu gün rəhbərliyi dəyişən ATV kanalının 32 əməkdaşı işdən çıxarılıb.

 

 teleqraf.com  xəbər verir ki, onların içində ATV dizayn qrupunun rəhbəri , rejissor Rauf Ocaqverdiyev də var. Həmçinin ATV-nin baş prodüseri Taleh Bağırov, ATV-nin vitse-prezidentinin müavini, teleseriallar şöbəsinin rəhbəri Vado Korovin, “Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının radio qrupları üzrə vitse-prezidenti Arzu Cəfərova da işdən azad edilənlər sırasındadır.

Qeyd edək ki, bu gün kanalın rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunandan sonra, vitse-prezident, eyni zamanda Qaradağlının qaynı Rauf Dadaşov və aparıcı Turan İbrahimov da ATV-dən kənarlaşdırılıb.

Yeri gəlmişkən, ATV-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilirdi. 

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib