Dərc edilib: 26-09-2017

https://www.nuh.az/12427-.html

Kənd Təsərrüfatı Nazirliyi ilə Çin arasında müqavilə imzalandı

26.09.2017 18:55:41

İqtisadiyyat

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının güçləndirilməsi” layihəsi üzrə Çinin İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzi ilə müqavilənin imzalanma mərasimi keçirilib.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, mərasimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi, Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları, həmçinin İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzin rəhbərliyi iştirak ediblər.

Tədbirdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov bildirib ki, Azərbaycan və Çin Hökuməti arasında “İqtisadi və texnoloji əməkdaşlıq haqqında” 13 may 2017-ci il tarixində müqavilə imzalanıb. Bu müqavilədə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının güçləndirilməsi” layihəsi də nəzərdə tutulub. Bu layihə İqtisadi və Texniki Mübadilələr üzrə Çin Beynəlxalq Mərkəzi tərəfindən həyata keçirilir. Azərbaycanda laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən həmin layihə gələcəkdə ölkəmizdə heyvan sağlamlığına və qida təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.

Çıxışlardan sonra “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq diaqnostik kabinetlərinin maddi-texniki bazasının güçləndirilməsi” layihəsi üzrə müqavilə imzalanıb.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib