Dərc edilib: 27-09-2017

https://www.nuh.az/12440-.html

Poroşenko Milli Təhlükəsizlik Şurasını təcili topladı - “Bu, təxribatdır”

27.09.2017 13:32:50

Dünya

Ukrayna Hərbi Prokurorluğu silah anbarında baş verən partlayışı təxribat kimi qiymətləndirib.


“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Vinnitskoy vilayətində yerləşən anbarda əvvəl yanğın, daha sonra isə partlayış olub. Bildirilir ki, xilasedicilər bölgədən 30 mindən çox insanı evakuasiya ediblər.

Artıq məsələ prezident Petro Poroşenkonun diqqətinə çatdırılıb. Feysbuk hesabında bu barədə yazan prezident Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasını çağırıb: “Baş nazir, müdafiə naziri, baş qərərgah rəisi, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Ukrayna Təhlükəsizlik Xidməti rəhbəri, həmçinin Fövqəladə Hallar Xidməti, Milli Polis və Milli Qvardiya rəhbərlərin iştirakı ilə hərbi kabinet çağırmaq qərarına gəldim”.

 

  NUH.az

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib