Dərc edilib: 27-09-2017

https://www.nuh.az/12456-.html

“Mən Rauf deyiləm” — Vüqar Qardadağlının ATV-də at oynadan qaynından AÇIQLAMA

27.09.2017 23:50:45

Maqazin

“Azad Azərbaycan” Teleradio Şirkətinin vitse-prezidenti, ATV-nin işdən çıxarılan prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov vəzifədən çıxarılmaları və barələrində səsləndirilən ittihamlara cavab verməkdən imtina edib.

“Ölkə.Az”-ın əməkdaşı Rauf Dadaşovla telefon əlaqəsi saxlayıb. R.Dadaşov ilk olaraq telefon zənginə cavab versə də, ona zəng edənin jurnalist olduğunu bildikdən sonra “mən Vüqar Dadaşov deyiləm” deyə cavab verib. Daha sonra V.Dadaşov telefonu söndürüb. 

Xatırladaq ki, ötən gün ATV telekanalında aparılan kadr dəyişikliyi nəticəsində telekanalın rəhbəri Vüqar Qaradağlı, onun telekanalın vitse-prezidenti olan qaynı Rauf Dadaşov və digər şəxslər işdən uzaqlaşdırılıb.

Onu da bildirək ki, bir çox tanınmış müğənnilər, o cümlədən populyar ifaçı Nura Suri Rauf Dadaşova qarşı şok ittihamlar səsləndirib. 

Müğənni Nura Suri mətbuata açıqlamasında bildirib ki, ATV-nin vitse -prezidenti Rauf Dadaşovun qardaşı Fuad Dadaşov restoran biznesi ilə məşğuldur:

“Həmin restorandakı şouları əvvəllər Fuad Dadaşov idarə edirdi. ATV-dən müğənniləri həmin restorana pulsuz şou-proqrama göndərirdilər. Müğənnilər ATV kanalının efirinə iki halda çıxa bilirlər: ya pul ödəməlisən, ya da pulsuz onların göndərdiyi tədbirlərdə çıxış etməlisən”.

Nura Surinin sözlərinə görə, toy tədbirləri, restoranlara, şou-proqramlara və dövlət tədbirlərinə müğənnilərin 90 faizinə pul ödənilmir:

“Bölgələrdə dövlət tədbirləri olur və o tədbirlərə getmək üçün bizə heç avtobus belə ayırmırlar. Yola da, stilistlərə də öz cibimizdən xərcləyirik. ATV kanalında Tural adlı prodüser var. Bütün bu tədbirlərə müğənniləri Tural çağırırdı. Zəng edib deyir ki, Rauf müəllim istəyir ki, filan tədbirdə, filankəsin toyunda oxuyun. Tanımadığımız adamların toyuna gedib, pulsuz oxuyurduq. Mən 7 ildən çoxdur ki, vergi ödəyicisiyəm. Sabah vergi gəlib soruşacaq ki, bu tədbirlərdə oxumusan. Mən onlara necə sübut edim ki, biz tədbirlərdə pulsuz oxuyuruq. Mənim efirə çıxmamağımın bir səbəbi də budur”. 

Müğənni Azərbaycanda yalnız “Lider” və “Xəzər” telekanallarında efirə çıxdığını sözlərinə əlavə edib.

Nura Suri bu iki kanalda belə bir hallarla üzləşmədiyini söyləyib: 

“Bu problemlər həmişə ATV kanalında yaşanıb. Bir çox müğənni ATV kanalında “qara siyahı”dadır. Müğənnilərə qarşı efirdə aqressiya yaradırlar. Harasa çağırıb, getməmisən. Əvəzində efirə çağırıb “vurmağa” başlayırlar. Efirdə artıq-artıq sözlər danışıb müğənnini gözdən salmağa çalışırlar. Ona görə 2 ildir ki, ATV kanalında efirə çıxmıram. Yalnız, 106 və 106.3 FM-də mahnılarım indiyə kimi səslənib. Radioda neqativ hallarla qarşılaşmamışam”.

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib