Dərc edilib: 28-09-2017

https://www.nuh.az/12459-.html

Azərbaycana ilk qar yağdı - Foto

28.09.2017 11:01:43

Hadisə

Azərbaycana ilk qar yağıb.

 

 "Report"  xəbər verir ki, gecə saatlarında Qubada yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.

İlk qar əsasən Qubanın dağ kəndlərinə - dəniz səviyyəsindən 2000-metrdən yuxarı olan kəndlərə, həmçinin Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur.

Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib