Dərc edilib: 28-09-2017

https://www.nuh.az/12464-.html

Ramanada məcburi köçkünlər 2 gündür susuz qoyulub

28.09.2017 12:18:15

Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyində məskunlaşan məcburi köçkünlər iki gündür ki, su üzünə həsrət qalıblar.

Kivnews.com–a verilən məlumata görə, qəsəbədə yeni istifadəyə verilmiş 3-cü binanın 80-a yaxın sakininə 26 sentyabr tarixindən etibarən suyun verilişi dayandırılıb. Buna səbəb kimi yeraltı nasosxananın su ilə dolması göstərilir. Maraqlıdır ki, Sabunçu Sukanal İdarəsi və digər qurumlar iki gün ərzində problemi həll etməkdə acizlik göstərirlər. Sakinlər isə, hiddətlidirlər, hər an etiraza qalxa bilərlər. Hətta bildirilir ki, bu günlərdə yeni binanın açılışı baş tutmalıdır, bu isə açılış qabağı təxribat kimi qiymətləndirilir.

0EAC1CA3-F090-44C7-86BB-A76D433071FD_w1023_r1_s

NUH informasiya agentliyi səhifəsindən çap edilib