Dərc edilib: 28-09-2017

https://www.nuh.az/12466-.html

Professorun evindən 41 min oğurlayan Mehribanın məhkəməsi olub

28.09.2017 13:57:47

Kriminal

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində BDU professorunun evindən 41 min manat oğurlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda M.Quliyevanın anket məlumatları dəqiqləşdirilib. O, professor Aidə İbrahimovanın evində xidmətçi işlədiyini və pul oğurladığını etiraf etsə də, məbləğin şişirdildiyini qeyd edib.

M.Quliyevanın kiçiyi 3, böyüyü 9 yaşında olan 4 uşağı var, hazırda da hamilədir. O, istintaq dövründə A.İbrahimovaya 7 min manat qaytarıb.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib