Dərc edilib: 28-09-2017

https://www.nuh.az/12470-.html

Dünyanın 196-cı ölkəsi olmaq üçün BMT-yə müraciət etdilər - “Zibil adaları”

28.09.2017 14:17:46

LIVE

Sakit okeanda zibil yığınından yaranan ada artıq Fransa böyüklüyündədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, belə bir vəziyyətdə Plastic Oceans Foundation LadBible adlı xəbər və əyləncə saytı ilə birgə adanın ölkə olaraq tanınmasını tələb edib. 

Layihəyə görə, yerini müntəzəm olaraq dəyişən və  “Zibil adaları” olaraq adlandırılacaq yeni ölkənin öz hökuməti olacaq, digər ölkələrlə əlaqələr quracaq.

Ölkənin bayrağı, pasportu, pul vahidi belə hazırdır. 

Artıq ilk vətəndaşa pasport da verilib. ABŞ-ın keçmiş vitse-prezidenti Al Qore də adaların fəxri vətəndaşı adını qəbul edib. 100 mindən çox könüllü isə vətəndaşlıq üçün müraciət edib. 

“Zibil adaları” BMT-yə dünyanın 196-cı ölkəsi olmaq üçün müraciət edib. 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib