Dərc edilib: 28-09-2017

https://www.nuh.az/12472-.html

General Məlikov yüksək vəzifəyə gətirilir

28.09.2017 14:34:12

Dünya

Ramazan Abdulatipovun istefaya göndərilməsindən sonra Dağıstanın yeni rəhbərinin kim olacağı ilə bağlı müzakirələr aparılır.

"Qaynarinfo" xəbər verir ki, artıq bu posta əsas namizədin adı açıqlanıb. Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri Ruslan Qurbanov bildirib ki, bu posta Rusiya Milli Qvardiyasının direktor müavini Sergey Məlikov təyin edilə bilər.

Onun sözlərinə görə, Məlikovu artıq bir neçə ildir bu posta hazırlayırmışlar. Hətta buna göpə onu Şimali Qafqaz Federal Dairəsi üzrə prezidentin səlaliyyətli nümayəndəsi təyin ediblər.

Qeyd edək ki, Sergey Məlikov milliyətcə ləzgidir və 1965-ci ildə Moskvada dünyaya gəlib. Daxili Qoşunların general-polkovniki Rusiya Mlli Qvardiyasının direktor müavini və Milli Qvardiya Qoşunlarının komandanıdır. 

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib