Dərc edilib: 28-09-2017

https://www.nuh.az/12474-.html

“Nə istəyirsiniz, əl çəkin məndən” - Vüqar Qaradağlı

28.09.2017 17:03:50

Maqazin

“Nə istəyirsiniz, əl çəkin məndən.

 Mənim heç kimə pisliyim keçməyib. Kim nə yazır, nə danışır, özü bilsin, Allahı bilsin. Məni narahat etməyin. Vəzifədən gedənin arxasınca danışarlar”. “Qafqazinfo” xəbər verir ki, bunu Bizimyol.info saytına açıqlamasında ATV telekanalının prezidenti vəzifəsindən uzaqlaşdırılan Vüqar Qaradağlı deyib. "Vəzifədən Turan İbrahimova və onun verilişinə görə uzaqlaşdırılmısınız" sualına Vüqar Qaradağlı belə cavab verib: "Mən ömürlük vəzifəmdə qalan deyildim ki! Mən ATV kanalına gedəndə orada nə ştat var idi, nə department. Bu istiqamətdə və telekanalın proqramlarının müsbət istiqamətə dəyişməsinə çalışdım. Kanalın texniki bazasını düzəltdim, ən müasir texnikalar alınıb. İşləmişəm, indi də təsisçilərin qərarı ilə işdən çıxmışam. Burda başqa heç nə axtarmaq lazım deyil. Mən ömür boyu harda işləmişəm, dövlətimə ləyaqətlə xidmət etmişəm".

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib