Dərc edilib: 29-09-2017

https://www.nuh.az/12487-.html

Lütfü Zadə üçün cənazə namazı qılındı

29.09.2017 10:54:43

Hadisə

Dünya şöhrətli alim Lütfü Zadənin cənazəsi bu gecə saat 03.00 radələrində Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının müşayiəti ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Heydər məscidinə aparılıb.
 
 APA  xəbər verir ki, məsciddə cənazə namazı qılınıb, Lütfü Zadənin ruhuna dualar oxunub. Cənazə vida mərasiminin keçiriləcəyi Azərbaycan Milli Elmlər Akademiyasına aparılır. 

 

  NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib