Dərc edilib: 29-09-2017

https://www.nuh.az/12488-.html

Şəhid polkovnikin xanımına vəzifə verildi

29.09.2017 11:22:52

Mədəniyyət

Bakının Nərimanov rayonunun 45 saylı məktəbinə yeni direktor təyinatı olub. 


“Qafqazinfo” xəbər verir ki, Təhsil nazirinin əmri ilə bu vəzifəyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi olmuş, Akademiyanın elmi işçisi Nəcibə Axundova təyin olunub.

N. Axundova həmçinin, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.

Qeyd edək ki, 45 saylı məktəbin əvvəlki direktoru Nazilə Məmmədova bir müddət əvvəl Abşeron rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib