Dərc edilib: 29-09-2017

https://www.nuh.az/12507-.html

Qadın voleybolçularımız yarımfinala vəsiqə qazandı

29.09.2017 23:08:14

LIVE

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.


"Qaynarinfo" xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv 1/4 finalda Almaniya yığmasını məğlub edib – 3:0.

Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Hollandiya kollektivi ilə qarşılaşacaq.

Avropa çempionatı

1/4 final

29 sentyabr

Azərbaycan - Almaniya 3:0 (25:20, 25:18, 25:21)

Hakimlər: Vladimir Simonoviç (Serbiya), Yuray Mokri (Slovakiya)

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib