Dərc edilib: 30-09-2017

https://www.nuh.az/12509-.html

ABŞ-da qalmaqallı nazir istefa verdi

30.09.2017 12:27:52

Dünya

ABŞ-ın səhiyyə naziri Tom Prays vəzifəsindən istefa verib.

 “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Praysın istefa ərizəsini qəbul edib.

“Ağ Ev”dən bildirilib ki, onun yerinə Don Raytın gətirilməsi düşünülür.

Qeyd edək ki, T.Prays özəl səfərlərində dövlət qurumuna məxsus xüsusi təyyarələri istifadə etdiyi üçün bir müddətdir tənqidlərə məruz qalmışdı.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib