Dərc edilib: 30-09-2017

https://www.nuh.az/12513-.html

Öz ixtiralarının qurbanı olan elm adamları

30.09.2017 12:55:15

Maraqlı

Dünya elm tarixində bir çox ixtiraçı həyatını elmə həsr edib. Onların çoxu axtardığını tapmadan işlərini yarımçıq saxlayıb. Bəziləri isə axtardığını tapdı, amma öz icadı ilə də həyatlarını itirdi. 

"Qaynarinfo" sizə öz ixtirasının qurbanı olan 14 alimi təqdim edir:


1. Li Si- İşgəncə stolunu ixtira edən Li Si vətən xaini elan edildi və öz hazırladığı stolda qan itirərək öldü.

 

2. Aleksandr Bogdanov-  Qan nəqli ilə xəstəlikləri müalicə edə biləcəyini sübut etməyə çalışan Rus elm adamı Aleksandr Bogdanov, bu təcrübələri öz üzərində həyata keçirməyə başlayıb. Lakin assistanından aldığı qanla vərəm və qızdırma viruslarına yolxduğu üçün həyatını itirib.

3. Villiyam Bullok- fasiləsiz çap edən mətbəə maşının ixtiraçısıdır. 1867-ci ildə böyük ehtimalla kağız maşının içində ilişib qaldı və alim onu təpiklə vurmağa başladı. Ehtiyyatsızlıq üzündən maşın ayağını yaraladı. Kəsilən ayağına mikrob düşdü və o qanqrenadan həyatını itirdi. 

4. Villiyam Nelson- General elektrik üçün çalışan 24 yaşlı alim icad etdiyi motorlu velosipedi təcrübədən keçirdiyi zaman qəzaya düşərək həyatını itirdi.

5. Henry Smolinisky- Alim "Ave Mizar" adını verdiyi uçan maşın ixtira edir. Bu üzərində təyyarə qanadları olan bir maşın idi. 1973-cü ildə maşını təcrübədən keçirib, 20 dəqiqə havada qalan maşın yerə çırpılıb və alim həyatını itirib.

6. Horaca Hunley-1863-cü ildə hərbi məqsədlər üçün istifadə olunması nəzərdə tutulan sualtı gəmi ixtira edib. Təlim məqsədi ilə çıxdığı səfər zamanı gəmi birdən-birə xarab olub və okeanın dibinə batıb. Gəmi batandan 150 il sonra tapılıb.

7. Otto Lilienthal- Uçmaq sevdası olnlardan bir nəfər daha. Dünya tarixində uçan ilk insan olaraq bilinməkdədir. 1891-ci ildə hazırladığı planörlə müxtəlif uçuşlar həyata keçirmişdir. Ölümü də isə 1895-ci ildə ixtira etdiyi iki qanadlı planörlə uçuş etiyi zaman kontrolunu itirir və yerə çaxılıb ölür.

8. Henry Vinstanley- 1968-ci ildə Eddston qayalıqlarının dənizlə birləşdiyi yerdə mayak inşa edir. Mayakın möhkəm olmasına o qədər inanır ki, fırtınalı bir gündə orda qalmağa qərar verir. Dalğalar o qədər güclü olur ki,  onların iksini də məhv edir.

9. Tomas Andres- 1912-ci ildə batan məşhur "Titanik" gəmisinin baş memarıdır. Andres gəminin üst gövdəsini möhkəm etsə də, aşağı hissəsini də möhkəmlətmək ağlına gəlməmişdir. "Tanrı belə batıra bilməz", dedikləri gəmi  elə ilk səyahətində Tomasla birgə buz parçalarına çırpılaraq batıb. 

10. Reiçet- Fransız dərzi uzun zaman paraşüt hazırlamaq üzərində çalışırdı. Tikdiyi paraşütü təcrübədən keçirmək üçün Eyfel qülləsindən tullanmağı qərara alır. Havada olarkən. tikdiyi paraşüt açılmır və o həyatını itirir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib