Dərc edilib: 01-10-2017

https://www.nuh.az/12523-.html

İspaniyada referendum günüdür - Polis və minlərlə insan üz-üzə + Fotolar

01.10.2017 11:19:19

Siyasət

Bu gün İspaniyanın Kataloniya bölgəsində müstəqillik keçirilməsi nəzərdə tutulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, artıq dünəndən etibarən referendum tərəfdarları küçələrə axışaraq növbə çəkməyə başlayıblar. Bir çoxları səsvermənin keçiriləcəyi məntəqələrdə gecələyiblər.

Bəzi şəhərlərdə isə referendum əleyhdarları da aksiya keçiriblər.

Məlumata görə, İspaniya polisi seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan 2315 məktəbdən 1300-nü bağlayıb.

Kataloniya hökuməti isə bütün təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq referendumu keçirməkdə israrlıdır.

Qeyd edək ki, 46 milyon əhalisi olan İspaniyanın Kataloniya bölgəsində 7,5 milyon nəfər yaşayır.

 












NUH informasiya agentliyi səhifəsindən çap edilib