Dərc edilib: 01-10-2017

https://www.nuh.az/12527-.html

Kataloniyada 38 yaralı var - Fotolar + Yenilənir

01.10.2017 15:44:49

Siyasət

Bu gün İspaniyanın Kataloniya bölgəsində müstəqillik keçirilməsi nəzərdə tutulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, artıq dünəndən etibarən referendum tərəfdarları küçələrə axışaraq növbə çəkməyə başlayıblar. Bir çoxları səsvermənin keçiriləcəyi məntəqələrdə gecələyiblər.

Bəzi şəhərlərdə isə referendum əleyhdarları da aksiya keçiriblər.

Məlumata görə, İspaniya polisi seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan 2315 məktəbdən 1300-nü bağlayıb.

Kataloniya hökuməti isə bütün təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq referendumu keçirməkdə israrlıdır.

Qeyd edək ki, 46 milyon əhalisi olan İspaniyanın Kataloniya bölgəsində 7,5 milyon nəfər yaşayır.

***

Kataloniyada səsvermə başlayıb. Hazırda 1000-ə yaxın məntəqədə səsvermə həyata keçirilir.

***

Seçkini əngəlləməyə çalışan polislə kataloniyalılar arasında toqquşma baş verib. Polis seçcilərə dəyənək, bibər qazı və su şırnaqları ilə sərt müdaxilə edib.

Etirazçılar arasında çoxlu sayda yaralı və həbs edilən var.

***

Son məlumatlara görə, polislərin sərt müdaxiləsi nəticəsində 38 nəfər yaralanıb. Onlardan 3 nəfərin vəziyyəti ağırdır.

Barselona şəhə bələdiyyə sədri Ada Kolau İspaniya baş naziri Mariano Rajoyu istefaya çağırıb. O, polisin kataloniyalılara qarşı şiddət tədbirlərini dayandırmağı tələb edib.

 

 

 














NUH informasiya agentliyi səhifəsindən çap edilib