Dərc edilib: 01-10-2017

https://www.nuh.az/12532-.html

Azərbaycan Türkiyəyə uduzdu - Yenilənib

01.10.2017 18:18:01

İdman

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, bürünc medal uğrunda matçda Azərbaycan və Türkiyə milliləri qarşılaşır.

Final matçıisə Bakı vaxtı ilə 19:00-da Hollandiya və Serbiya arasında keçiriləcək.

***

İlk seti Azərbaycan millisi 25:22 öndə bitirdi.

***

İkinci setdə təşəbbüsü ələ alan Türkiyə komandası seti 21:25 qazandı. Hazırda ümumi hesab 1-1-dir.

***

Üçüncü setdə Azərbaycan 14, Türkiyə 25 zərbə vurdu. Hesab 2:1 Türkiyənin xeyrinədir.

***

Dördüncü setdə Türkiyə 25, millimiz 8 zərbə vurdu. Hesab 3:1 oldu. Beləliklə, bürünc medalı Türkiyə millisi qazandı.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib