Dərc edilib: 01-10-2017

https://www.nuh.az/12533-.html

Serbiyanın qadın voleybolçuları Avropa çempionu oldular

01.10.2017 21:31:17

İdman

Bu gün qadın voleybolçular arasında Avropa çempionatında qızıl medal uğrunda görüş olub.

“Qafqazinfo” xəbər verir ki, Milli Gimnastika Arenasında Niderland və Serbiya milliləri çempion adı uğrunda üz-üzə gəliblər.

Ümumi hesabda 3:1 hesabı ilə qələbə qazanan Serbiya milli komandası Avropa çempionu olub.

Xatırladaq ki, çempionatın bürünc medallarına Türkiyə millisi layiq görülüb. Qardaş ölkə təmsilçiləri üçüncü yer uğrunda görüşdə Azərbaycan milli komandasından üstün olublar-1:3.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib