Dərc edilib: 02-10-2017

https://www.nuh.az/12543-.html

Parlamentdə Xəqani Abdullayevlə bağlı qərar

02.10.2017 14:23:22

Hadisə

Milli Məclisdə Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi bağlı məsələyə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, iclasda qeyd edilib ki, X. Abdullayev 2015- ci ildə Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib. O hazırda ailə vəziyyət ilə əlaqədar olaraq başqa işə keçib. 

Milli Məclisin üzvlərinin səsverməsi nəticəsində X. Abdullayevin üzvlükdən azad edilməsi məsələsi qəbul edilib. 

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib