Dərc edilib: 02-10-2017

https://www.nuh.az/12554-.html

Navalnıya 20 sutka həbs cəzası verildi

02.10.2017 23:44:21

Cəmiyyət

Moskvanın Simonovski rayon məhkəməsi müxalifət lideri Aleksey Navalnıya 20 sutka inzibati həbs cəzası verib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, o, ölkədə keçirilən icazəsiz mitinq və nümayişlərin təşkilində təqsirləndirilir.

Qeyd edək ki, A. Navalnıy sentyabrın 29-da Moskvadakı evində saxlanılıb. 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib