Dərc edilib: 03-10-2017

https://www.nuh.az/12558-.html

Fəzail Ağamalının oğlu maşınla adam vurdu - Yenilənib

03.10.2017 09:54:42

Cəmiyyət

Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 "Report"  xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Tibb Universitetinin qabağında idarə etdiyi "Jeep" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.

Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.

***

Fəzail Ağamalının kiçik oğlu Elçin Ağamalı "Qafqazinfo" ilə əlaqə saxlayaraq qardaşının 15 gündür Türkiyədə olduğunu bildirib: "Qardaşım oğlunun Türkiyədə təhsili ilə əlaqədar 15 gündən çoxdur ki oradadır. Yayılmış məlumat kökündən yalandır. Bu xəbəri yayan polis əməkdaşını da aidiyyəti qurumlara şikayət edəcəyik".  

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib