Dərc edilib: 03-10-2017

https://www.nuh.az/12564-.html

Həsən Ruhani: "İran və Türkiyə hərbi əməkdaşlığı genişləndirməlidir"

03.10.2017 11:27:51

Dünya

İran prezidenti Həsən Ruhani Tehrana səfər edən Türkiyə ordu baş qərargah rəisi Hulusi Akarı qəbul edib.

"Ölkə.Az" xəbər verir ki, Ruhani görüşdə Türkiyə-İran münasibətləri ilə ilgili açıqlama verib. İran lideri bildirib ki, iki dövlə arasındakı sərhəd xəttində sabitliyi qorumaq və terror təhlükəsinin qarşısını almaq lazımdır.

Ruhani deyib: "İran və Türkiyə arasında siyasi, iqtisadi və beynəlxalq münasibətlər yaxşı vəziyyətdədir. Amma digər sahələrlə tutarlı bir şəkildə hərbi və müdafiə məsələlərində əməkdaşlığı inkişaf etdirmək lazımdır".

 

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib