Dərc edilib: 03-10-2017

https://www.nuh.az/12572-.html

Şamaxıda köməksiz qalan əcnəbi turistlər axtarılır - ABŞ-dan zəng

03.10.2017 15:29:02

İdman

Bu gün 06:48 rədələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüş və bir qara Nissan Patrol avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

"Qafqazinfo" Administrasiyaya istinadən xəbər verir ki, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb.

Hal hazırda mümkün vasitələrlə axtarış – xilasetmə əməliyyatları həyata keçirilməkdədir.

***

Hadisəylə bağlı FHN də məlumat yayıb. Qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub. 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib