Dərc edilib: 03-10-2017

https://www.nuh.az/12575-.html

İmişli RTŞ-nin müdiri Ramiz Əmirovun rüşvətxorluğuna son qoyan tapılacaqmı?

03.10.2017 16:53:13

Mədəniyyət

On ildən çox İmişli RTŞ - ni bazara çevirən Ramiz Əmirov elə bu vəzifəyə bacarıqlı maşın alverçisi kimi bazardan gəlmişdir. 2016 – cı ildə Hesablama Palatasının İmişli Təhsil Şöbəsində apardığı yoxlamanın nəticələri, mənimsəmə faktları, Təhsil nazirliyinə tabe olan qurumun 170 min manat cərimə edilməsinin açıqlanması, mətubat səhifələrində də geniş yer alması ümid yaradırdı ki, təhsil sistemindəki bu biabırçılığa son qoyulacaq.

Ancaq görünür Ramiz Əmirovu müdafiə edən sehirli əllər buna imkan vermədi. Gözləmək olardı ki, rayonda təhsillə bağlı kütləvi narazılıqlar Təhsil Nazirliyinin apardığı müəyyən islahatlar müqabilində diqqət çəkəcək, müvafiq tədbirlər görəcəkdir. Lakin nazirliyin astagəlliyi rayonda Ramiz Əmirovun əl-qolunu daha da açdı, şöbəni öz qaydaları ilə idarə etməkdə davam etdi. Nəhayət rayonda bir məktəb direktoru tapıldı ki, müdirin kifayət qədər pul aldığı bir nəfəri məktəbə lobarant götürməyə etiraz etdi. Bu, özünü toxunulmaz hesab edən Ramiz Əmirovun xatirinə dəydi, böyük bir komissiya göndərərərək həmin məktəbi yoxlatdı. Ötən dərs ilinin sonunda mübahisəyə Təhsil Nazirliyi səviyyəsində baxıldı.

NUH.az-a  daxail olan məlumata görə,  10 nəfədən çox məktəb direktoru nazirliyə Ramiz Əmirovun koppupsiya əməlləri barədə yazılı məlumatlar veriblər. Lakin yenə Ramiz Əmirovun arxasında dayanan güclü əl Nazirliyi susdurdu, araşdırmanı nəticəsi müzakirə edilməyib təxirə salındı. Bundan sonra nazirliyə məlumat vermiş direktorlar əməlli-başlı təzyiqlərə məruz qalıb. Hətta müəllimləri, valideyinləri yanına çağıraraq müdir ondan şikayət etmiş direktorlar haqqında böhtanlar yazmağa təhrik etmişdir. Müxtəlif mənbələrdən aldığımız məlumatlara görə son iki ildə təhsil şöbəsində xaos hökm sürür, təşkilat iflic vəziyyətinə düşmüş, idarə olunmur. Hazırda isə Ramiz Əmirov öz adəti üzrə, tələblərinə uyğun kadrları yerləşdirməkdə, müəllimləri müqavilə ilə işə götürməkdə davam edir. Məsələn, əlimizdə olan əsaslı fakta görə bir müəllimdən 5 min manat almış, onu müddətsiz işə qəbul etdiyini bildirmişdir. Lakin valideyn belə bir əmrin ancaq təhsil nazirliyinin verə bildiyini öyrəndikdən sonra pulunu geri tələb edir. Bu fakt olduğu kimi müxtəlif sosial şəbəkələrdə də yerləşdirilmişdir. Bir gün də müəllim işləməyəni direktor kürsüsünə hazırlaması faktı “Baytar məktəb direktoru oldu” başlığı ilə mətbuatda sensasiya yaratmaqdadır. Həmin məktəbin bir  müəllimi təsdiq edir ki, doğrudan da direktor olmaq istəyə şəxs heç vaxt müəllim işləməmış, məktəbdə işə qəbul olunmaq  üçün bir neçə dəfə diplomunu dəyişdirmişdir. Görəsən taleyüklü bir sahədə, gələcəyimizin inkişafının təməlini formalaşdıran təhsilimizdə bu biabırçılığa, korrupsiya hallarına son qoymağı bacaran qüvvə tapılacaqmı ki, İmişli RTŞ-nin müdirini müdafiə edən qüvvədən üstün olsun. İmişlinin ətrafında olan 7-8 rayonun RTŞ müdirləri bu kimi əməllərinə görə işdən azad edildiyi halda maraq doğurur, görəsən Ramiz Əmirov kimə arxalanır! Ümid etmək istərdik ki, bunlara son qoyan tapılacaq.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib