Dərc edilib: 04-10-2017

https://www.nuh.az/12585-.html

İlham Əliyevin Ukraynaya səfəri gözlənilir

04.10.2017 10:10:55

Siyasət

“Azərbaycan prezidentinin yaxın vaxtlarda Ukraynaya səfəri olacaq. Tarix dəqiqləşdirilir”.

APA   xəbər verir ki, bunu Bakıda səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib.

Nazir bildirib ki, bu, dövlət səfəri olduğuna görə səfər zamanı müzakirə ediləcək məsələlər hazırda dəqiqləşdirilir:

“Bu, tam məzmunlu səfər olacaq. Geniş spektrda müzakirə olunası məsələlər var. Səfər zamanı çoxlu saylı sənədin imzalanması gözlənilir”, - deyə P. Klimkin qeyd edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib