Dərc edilib: 04-10-2017

https://www.nuh.az/12594-.html

“Zəif adam deyiləm, özümü öldürmədim...”

04.10.2017 17:29:28

Reportaj

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış edib.

General Akif Çovdarov son sözünü deməyə başlayıb. O, nitqində ittihamları qəbul etmədiyini, barəsində bəraət hökmü çıxarılmasını istədiyini deyib.

Proses davam edir.

Qeyd edək ki, digər təqsirləndirilənlər son sözlərini deyiblər. Çovdarov nitqini bitirdikdən sonra məhkəmə kollegiyası hökm oxumaq üçün müşavirəyə çıxacaq.

***

A.Çovdarov son sözündə daim dövlətə xidmət etdiyini deyib: "İstintaq orqanı mənlə elə davranırdı ki, ya hər şeyi danışım, ya da özümü öldürüm. Məni özümü öldürmək həddinə çatdırmaq istəyirdilər. Amma mən zəif adam deyiləm, bunu etmədim. Əgər dövlətim və hakim məni cəzalandırarsa, mən bunu xidmətimin davamı kimi qiymətləndirəcəm".

***

A.Çovdarov son sözünü başa çatdırıb. Məhkəmə hökm oxumaq üçün müşavirəyə çıxıb.

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib