Dərc edilib: 05-10-2017

https://www.nuh.az/12607-.html

Üzgüçümüz Dünya Kubokunun qalibi olub

05.10.2017 13:20:17

İdman

Azərbaycan üzgüçüsü Maksim Şemberev Dohada (Qətər) keçirilən üzgüçülük üzrə Dünya kuboku mərhələsinin qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, Şemberov 400 metr məsafəyə kompleks üzməkdə 4.06,72 dəqiqəlik nəticə ilə Ayrton Suini (CAR), Gergeli Dyurta (Macarıstan) və Daniil Pasınokvu (Rusiya) qabaqlayıb.

Yarış 2 gün davam edəcək.

Kompleks. 400 m

1. Maksim Şemberev (Azərbaycan) – 4.06,72.

2. Ayrton Suini (CAR) – 4.07,04.

3. Gergeli Dyurta (Macarıstan) – 4.09,58.

4. Daniil Pasınkov (Rusiya) – 4.10,38.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib