Dərc edilib: 05-10-2017

https://www.nuh.az/12610-.html

Rusiya Ali Məhkəməsi Elmira Axundovanın oğlunun şəriki haqda qərar verdi - Fotolar

05.10.2017 13:46:02

Maraqlı

Fərhad ÇAĞTÜRK/ Rusiya Ali Məhkəməsi deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı keçən iş üzrə qərar verib. AzEuroNews.com-un məlumatına görə,  məhkəmə deputat oğlunun şəriki və yaxın ailə dostu, İnterpol xətti ilə axtarışda olmuş Elnur Rauf oğlu İbrahimovun Azərbaycana ekstradisiya edilməsi haqda yekun qərar çıxarıb.
22290248_10212819829507299_297029542_n

Məsələnin mahiyyəti budur ki, H.Axundov və E.İbrahimov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar. Ümumilikdə 8 milyon manat pul toplanıb. Vətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend veriləcək. Dividend ödənişi bir neçə ay davam edib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər. Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov H.Axundovla E.İbrahimovun şirkətinə yatırdıqları pulları geri tələb ediblər. Lakin pulları geri qaytarılmayıb.

Məsələyə deputat Elmira Axundova qarışıb. Vətəndaşlara vəd olunub ki, məsələ həllini tapacaq. Bundan 3 gün sonra -9 sentyabr 2013-cü ildə Elnur İbrahimov ölkədən qaçırılıb. Onun barəsində Daxili İşlər Nazirliyi (DİN) Baş Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.3.2-ci(etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb, 4 ildir ki, istntaq yerində sayır.
Hazırda deputat Elmira Axundovanın oğlu Həbib Axundov da iş üzrə zərərçəkən kimi tanınıb. Lakin o, digər zərərçəkənlər kimi E.İbrahimovun ölkəyə ekstradisiya olunması üçün hər hansı bir addım atmır. Özü və anası E.Axundova digər zərərçəkənləri müxtəlif iddialarla məhkəməyə veriblər.
Zərərçəkənlərin israrlı tələblərindən sonra E.İbrahimov 2016-cı il noyabrın 22-də Rusiya Federasiyasının Moskava şəhərində həbs olunub. Onun İnterpol xətti ilə axtarışa verilməsi üçün iş üzrə zərərçəkən kimi tanınan vətəndaşlar 2 il aidiyyatı dövlət qurumlarına ardıcıl müraciətlər ediblər. H.Axundov isə belə bir təşəbbüsdə bulunmayıb.
22236358_10212819830667328_560641495_n
Hazırda iş üzrə zərərçəkənlər iki hissəyə bölünüb. Bir tərəfdə Elnur İbrahimovun dostu Həbib Axundov, digər tərəfdə isə Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov dayanıblar. H.Axundov xaric digər zərərçəkənlər E.İbrahimovun həbsi, sonradan Azərbaycana ekstradisiyası üçün çalışırlar. H.Axundov isə heç nə olmamış kimi davranır. Zərərçəkənlər düşünürlər ki, E.İbrahimovu görünməyən gizli qüvvələr himayə edir. Fikirlərini belə əsaslandırırlar ki, onlarla adama qarşı milyonlarla manat dələduzluq edən bu şəxsi həbs etdirmək üçün illərlə polis, prokurorluq orqanlarında döymədikləri qapı qalmayıb. Atası Bakı Metrpolitenində elektrik, anası isə orta məktəb müəlliməsi işləyən  birinin bu qədər şəxslərə qarşı külli miqdarda pul “ataraq” əlini qolunu sallayaraq gəzməsi işdə güclü qüvvələrin maraqlı olmasını ortaya qoyur. Zərərçəkənlər deyirlər ki, Elmira Axundovanın oğlu Həbib Axundov bu istiqamətdə heç bir iş görmür, əksinə anası ilə birlikdə onları məhkəmələrə verərək yüksək məbləğlərlə cərimə, həbs etdirməyə çalışır .Belə də maraqlı situasiya yaranır – zərərçəkənlər həbs olunandan sonra onların Həbib Axundovun şəriklik etdiyi piramidaya qoyduğu pullar kimə qalacaq?
Formal olaraq iş materiallarına görə, Elmira Axundovanın oğlu Həbib Axundovun şəriki Elnur İbrahimov pulları götürüb və qaçıb. Bəs reallıqda belədirmi?
22236989_10212819830707329_633521539_n
Elmira Axundova sözdə Elnur İbrahimovun beynəlxalq axtarışda olduğunu deyir, amma dediklərinin doğru olmadığını söyləyənlərə məhkəmə davası açır. Niyə? Məqsədi nədir?
Məsələni bu şəkildə qoymaqla xanım deputat oğlunun şərikinin axtarılmaması məqsədi güdmür ki? Pullar həqiqətənmi ölkədən qaçaq düşən Həbib Axundovun şəriki Elnur İbrahimovdadır?
Bu suala cavab tapmaq üçün bir müddət əvvəl iş üzrə zərərçəkənlərin Elmira Axundovanın həmkarlarına müraciətinə diqqət edək.
“Onlarla insanı aldadıb həyatlarını zəhərə döndərən  yeganə oğlu  Həbib Axundovu cəmiyyət üçün xeyirli övlad kimi yetişdirə bilməyən Elmira Axundovanın müxtəlif televiziya kanallarında gənclərə öyüd-nəsihət verməsi, problemə düçar olmuş şəxslərə yol göstərməsi və bəzən də şou üçün göz yaşları axıtması insanda ikrah hissi yaradır. Aldadılmış insanlar çarəsiz durumda və ümidsiz olaraq çıxış yolları axtardıqları halda, Həbib Axundov Londonda, Dubayda, Antalyada və dünyanın müxtəlif şəhərlərində kef məclisləri qurur, dövlət nömrə nişanları 111-lə bitən 5-6 ədəd bahalı (”Porshe”, “Jip-Wrangler”)  avtomaşınlar sürür, Port-Baku adlanan bahalı yaşayış kompleksində anasına və özünə məxsus 370 kv.metrlik mənzildə qiyməti milyonlarla manat olan təmir apartdırır, A.Alı küçəsi 45 ünvanında 5 mərtəbəli dəbdəbəli qeyri-yaşayış sahəsinin inşasını tamamlatdırır. Dövlət Gömrük Komitəsində aylıq əmək haqqı 485 manat 46 qəpik təşkil edən bu şəxs hansı vəsait hesabına dəyəri milyonlarla ölçülən bu işləri görə bilir?
22236118_10212819830267318_1216903514_n
Elmira Axundovanın xeyir-duası ilə “fəaliyyət” göstərmiş oğlu Həbib Axundov cəzasızlıq mühitində yaşayacağını zənn edir. Toruna saldığı Elnur İbrahimovu çirkin məqsədləri üçün tam istifadə etdikdən sonra şou düzəldərək onu Gürcüstan Respublikası vasitəsilə Rusiya Federasiyasına yola salan Həbib Axundov bütün cinayətləri ona yönəltməklə sudan quru çıxdığını düşünür. Elmira Axundovanın tutduğu qulluq mövqeyindən sui-istifadə etməklə Müdafiə Nazirliyinin ərzaq, geyim və əşya tenderlərində müxtəlif fiziki və hüquqi şəxsləri müəyyən haqq (şəriklik) müqabilində qalib elan etdirməsi dövləti cinayətdən başqa bir şey deyildir. Elmira Axundova bu cür “işbazlığı” nəticəsində  prezidentin daim nəzarətdə saxladığı, həddindən artıq həyati sahə olan Müdafiə Nazirliyində, eləcə də əlillərin və müvəqqəti işsizlərin ümid yeri olan, əhalinin aztəminatlı hissəsinin sosial problemlərinin həlli ilə məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də davam etdirməsi nəticəsində dövlət büdcəsinin 100 minlərlə manat vəsaiti talan edilmiş və şəxsi ciblərə getmişdir.
22236245_10212819830347320_194823294_n
İxtisasca jurnalist olan Elmira Axundovanın aylıq qazancı şəxsi “Audi-Q7″ markalı avtomaşını almağa, sürücü saxlamağa, gəlininə 28 iyul 2015-ci tarixdə ”Toyota-Prado” (2015-ci ilin buraxılışı) markalı avtomaşın almağa, ona da sürücü saxlamağa, Qəbələdə iki mərtəbəli, mansarlı dəbdəbəli villa tikdirməyə, Şüvəlanda möhtəşəm villa almağa, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 72 ünvanında 6 mərtəbəli qeyri-yaşayış sahəsi inşa etdirməyə, oğlunun dəyəri yüz minlərlə manat ölçülən bahalı maşınlarının “kreditlərini” ödəməyə, “Favorit” marketlər şəbəkəsini saxlamağa necə kifayət edir?
Bu suallara cavabın Axundovların əsil üzünü cəmiyyətə açacağına tam əminik. Xahiş edirik müraciətimizə münasibət bildirəsiniz”.
22264480_10212819830427322_1038491862_n
Maraqlı məqamlardan biri də budur ki, maliyyə piramidası dağılandan sonra Elmira Axundovanın oğlu Həbib Axundovdan savayı bütün zərərçəkənlərin maliyyə durumu kəskin şəkildə pisləşib. Deputat oğlunun isə əksinə, var-dövləti birə 10, hətta daha çoxartıb.
Sual olunur – nəyin və ya kimin parası hesabına?

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib