Dərc edilib: 05-10-2017

https://www.nuh.az/12613-.html

Mikayıl Cabbarovun oxuması vacibdir – Göyçay məktəbi barədə CİDDİ FAKTLAR

05.10.2017 15:41:08

Günün sitatı

Orta məktəblərdə irili-xırdalı problemlər yaşanmaqdadır. İstər sabiq təhsil naziri Misir Mərdanovun, istərsə də hazırki nazir Mikayıl Cabbarovun dövründə təhsil ocaqlarında bu və digər problemlər yaşanır. Amma bir çox hallarda yerli Təhsil şöbələri problemlərdən hali olsalar da, bunun qarşısını hansısa maddi-maraqlarına görə almırlar.

“Kivnews.com” İnformasiya Portalına Göyçay rayon, Şirbala Saabov adına Qaraməryəm kənd tam orta məktəbi ilə bağlı ciddi faktlar daxil olub. Məktəbin direktor əvəzi Q.Nahidə müəllimlə bağlı verilən məlumatda onun adının bir sıra xoşagəlməz işlərdə hallandığı vurğulanır. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin dərs saatlarının azaldılması, onların siniflərinin əlindən alınaraq başqalarına hansısa “xidmət” müqabilində verilməsi, hazırlıq qruplarının necə bölüşdürülməsinə kimi konkret faktlar mövcuddur. Rayon Təhsil Şöbəsi isə bu faktlara göz yummaqla məşğuldur. Görünür, şöbə müdirinin bu məsələdə marağı olduğundan baş qaldıran ciddi narazılıqları görməzdən gəlir. Amma narazı müəllimlər öz haqlarını tələb etməkdə iddialıdırlar. Onlar hüquqlarının pozulmasına, haqlarının tapdanmasına laqeyd qala bilmirlər.


1498195665_1498195215_20161016_123549

Əldə etdiyimiz məlumata görə, ötən il  (2016-2017-ci tədris ilində) 5 yaşlılar üçün məktəbdə hazırlıq qrupları açılıb. Təlimata əsasən hazırlıq qruplarını 4-cü sinfi aparan müəllimlərə verilməli idi. Beləcə  2 qrup ayrı-ayrı müəllimlərə verilib. Amma, necə verilməsi, bu zaman ortaya çıxan brokratik əngəllər barədə sonra bəhs edəcəyik. Lakin nədənsə bu il həmin siniflər hazırlıq qruplarını aparan müəllimə deyil, başqasına verilib. Bu zaman isə, biraz bədii desək şiş də yanıb, kabab da.

Bu məsələ ilə bağlı ciddi faktlar əlimizdədir. Ancaq qısa araşdırma apardığımızdan daha ətraflı bəhs edə bilmirik. Amma növbəti yazımızda, direktor əvəzi Nahidə müəllimlə rüşvətə görə işdən azad edilən sabiq müdir Rəşad müəllimin arasında yaşanan işbirliyindən tutmuş  şagirdlərə verilməli olan A4 kağızlarının taleyinə kimi bir çox mətləblərə aydınlıq gətirəcəyik.

Bizi izləyin.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Kivnews.com

 


IMG-20170328-WA0002

mikayil_750

NUH informasiya agentliyi səhifəsindən çap edilib