Dərc edilib: 05-10-2017

https://www.nuh.az/12616-.html

Əli Əsədovun adamı həbs olundu

05.10.2017 17:42:45

Günün sitatı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər - 1978-ci il təvəllüdlü Adil İbrahimov və keçmiş məhkum, 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə Alim İbrahimov 9 il, Tərlan Comərdov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T.Comərdov və A.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub. T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün daha əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmişlərdən biri Feyzulla Qasımov Baku Medical Plazada baş həkimin müavinidir. O, ifadəsində bildirib ki, özünü prezidentin iqtisadi məsələlər üzrə keçmiş müşaviri Əli Əsədovun adamı kimi təqdim edən Alim İbrahimov adlı şəxs onun dostunun qızıl dükanından 16 min 800 manat dəyərində zinət əşyası götürüb və pulunu ödəməyib.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib