Dərc edilib: 06-10-2017

https://www.nuh.az/12626-.html

Putin və Kral Salman arasında 14 müqavilə imzalandı

06.10.2017 13:59:54

Dünya

Moskvada səfərdə olan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Suriyada terrorla mübarizə məsələsində razılıq əldə olunub.

Bundan başqa, iki lider arasında hərbi-texniki əməkdaşlıq, qarşılıqlı investisiya layihələri, ticarət, sənaye, enerji, kənd təsərrüfatı və digər sahələrdə 14 müqavilə imzalanıb.

Qeyd edək ki, kralın səfəri 7 oktyabra qədər davam edəcək.

 

    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib