Dərc edilib: 06-10-2017

https://www.nuh.az/12631-.html

Kataloniya hökuməti referendumun rəsmi nəticəsini açıqladı

06.10.2017 22:46:16

Dünya

Kataloniya Regional Hökuməti 1 oktyabrda keçirilmiş müstəqillik referendumunun rəsmi nəticəsini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yekun hesabatda 5 milyon 313 min 564 səsvermə hüququ oan seçicidən 2 milyon 286 min 217 nəfərin (43,03 faiz) səs verdiyi bildirilib.

Səs verənlərdən 2 milyon 44 min 38 nəfər (90,18 faiz) Kataloniyanın müstəqilliyini dəstəkləyib. 44 min 913 nəfər (7,83 faiz) əleyhinə, 19 min 719 nəfər (1,98 faiz) etibarsız səs verib.

Rəsmi nəticənin 10 oktyabrda parlamentə təqdim ediləcəyi, növbəti 2 gün ərzində isə müstəqilliyin rəsmən elan ediləcəyi açıqlanıb.

Qeyd edək ki, İspaniya hökuməti referendumu qanunsuz adlandırıb.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib