Dərc edilib: 07-10-2017

https://www.nuh.az/12641-.html

Milli Şuranın mitinqi təxirə salındı

07.10.2017 10:41:00

Cəmiyyət

Saytlarda və sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin adından sabah keçiriləcəyi planlaşdırılan mitinqin təxirə salınacağı ilə bağlı məlumat yayılıb. 

“Qafqazinfo” Big.az-a istinadən bildirir ki, AXCP sədri Əli Kərimlinin facebook profilindən yayılan xəbərdə mitinqin təxirə salınma səbəbləri göstərilir. İddia olunur ki, bu barədə "Milli Şuranin 7 oktyabr mitinqinə sən də qoşul" səhifəsində də məlumat gedib.

Xəbərdə deyilir ki, Əli Kərimli bir neçə gündür hazırlıq görülən, hətta Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış icazəli mitinqin təxirə salınacağı ilə bağlı rəsmi səhifəsində paylaşım edib. O qeyd edib ki, mitinq müəyyən müddətə təxirə salınır.

Sayt sözügedən paylaşımın scrin versiyasını da yayıb. 

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib