Dərc edilib: 08-10-2017

https://www.nuh.az/12663-.html

Ərdoğan Serbiyaya səfər edəcək

08.10.2017 00:58:20

LIVE

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 9-11 oktyabr tarixlərində Serbiyaya rəsmi səfər edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Rəcəb Tayyip Ərdoğan Ukraynaya səfərini başa çatdıraraq, prezident Aleksandr Vuçiçin dəvəti ilə 9-11 oktyabr tarixlərində Serbiyaya rəsmi səfər edəcək. Səfər çərçivəsində ikitərəfli münasibətlərin genişləndirilməsinə dair müxtəlif sənədlər imzalanacaq, həmçinin Türkiyə-Serbiya biznes forumu keçiriləcək”, - deyə məlumatda bildirilib.   

Qeyd edilir ki, Ərdoğan prezident Aleksandr Vuçiç və Serbiya parlamentinin sədri Maya Qoykoviçlə danışıqlar aparacaq, həmçinin Novi-Pazar şəhərinə səfər edəcək.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib